18 iyun 2025. Çərşənbə

“Hər qarşılaşma bizim üçün final olacaq”


“Hər qarşılaşma bizim üçün final olacaq”

2025-ci il 24 may tarixində Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının püşkatma mərasimi keçirilib. Tədbir Qərbi Azərbaycan İcmasının nümayəndələrinin və bir sıra mötəbər qonaqların iştirakı ilə baş tutub.

Püşkatma mərasimindən sonra "Loru" FK-nun qurucu heyət üzvləri Vüqar Hacıyev və Elman Məmmədov 90deqiqe.Az-a açıqlama veriblər. Onlar turnirin gedişatını belə qiymətləndiriblər:

“Püşkatma dinamik və həyəcanlı keçdi. Komandalar “A”, “B”, “C” və “D” qruplarına bölündü, oyunların tarixləri və saatları dəqiqləşdi. "Loru" FK “A” qrupunda maraqlı və iddialı rəqiblərlə qarşılaşacaq. Bu isə o deməkdir ki, hər oyunda komandamız əzm, iradə və peşəkarlıq nümayiş etdirəcək. İlk qarşılaşmamız 1 iyun 2025-ci il tarixində saat 21:00-da, Bakı Tennis Akademiyasının meydançasında “Qafan” FK-yə qarşı olacaq. Azarkeşlərimizin dəstəyinə güvənirik və onların bizi tək qoymayacağına inanırıq”.

Qeyd edək ki, Qərbi Azərbaycan Kuboku II Mini Futbol Turnirində ümumilikdə 18 komanda iştirak edəcək. Komandalar 4 qrupda mübarizə aparacaq və hər qrupda maraqlı duellərin yaşanacağı gözlənilir.

Əlavə edək ki, Qərbi Azərbaycan Kuboku 1 iyun – 26 iyun tarixlərində keçiriləcək.







Qərbi Azərbaycan Kuboku