- Xəbər news
- 22:11 05.12.2025
İngiltərə millisinin sabiq futbolçusu Şon Rayt-Fillips karyerasını rəsmən başa vurub.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 37 yaşlı futbolçunun özü açıqlama verib.
İki ildi klubsuz qalan Fillips artıq futboldan birdəfəlik getmək qərarına gəlib. Onun son klubu "Finiks" olub.
Qeyd edək ki, karyerası ərzində "Mançester Siti", "Çelsi" kimi klublar da çıxış etmiş Şon Rayt-Fillips ölkə daxili kubokların hamısını qazanıb.