15 iyun 2025. Bazar günü

“Hədəfimiz uğurlu çıxış və birliyi nümayiş etdirməkdir!”


“Hədəfimiz uğurlu çıxış və birliyi nümayiş etdirməkdir!”

2025-ci il 24 may tarixində Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının püşkatma mərasimi keçirilib. Tədbir Qərbi Azərbaycan İcmasının nümayəndələrinin və bir sıra mötəbər qonaqların iştirakı ilə baş tutub.

Püşkatma mərasimindən sonra "Barana" FK-nın nümayəndəsi, Qərbi Azərbaycan Barana rayonu Gənclər Şurasının məsul şəxsi Hidayət Qaraca 90deqiqe.Az-a açıqlama verib. O, turnirlə bağlı fikirlərini belə ifadə edib:

“Püşkatma mərhələsi çox maraqlı və həyəcanverici keçdi. Təşkilatçılığa görə Qərbi Azərbaycan İcmasına təşəkkürümü bildirirəm. “Barana” FK olaraq B qrupunda mübarizə aparacağıq. Rəqiblərimiz – Paşalı FK, Axta FK və Hamamlı FK – hər biri ideallı və güclü komandadır. Bu, çempionatın yüksək rəqabət şəraitində keçəcəyindən xəbər verir. İlk oyunumuz 1 iyun 2025-ci il tarixində saat 22:00-da “Hamamlı” FK-yə qarşı olacaq.

Komandamız Barana rayonu adından turnirdə layiqli çıxış etməyə hazırdır. Azarkeşlərimizi və rayon sakinlərini tribunadan bizi dəstəkləməyə dəvət edirik. Bütün Qərbi Azərbaycan rayon komandalarına uğurlar arzulayırıq.”

Qeyd edək ki, Qərbi Azərbaycan Kuboku II Mini Futbol Turnirində ümumilikdə 18 komanda iştirak edəcək. Komandalar 4 qrupda mübarizə aparacaq və hər qrupda maraqlı duellərin yaşanacağı gözlənilir.

Əlavə edək ki, Qərbi Azərbaycan Kuboku 1 iyun – 26 iyun tarixlərində keçiriləcək.







Qərbi Azərbaycan Kuboku