6 dekabr 2025. Şənbə

Kompaniyə daha bir zərbə


Kompaniyə daha bir zərbə
Belçikanın “Anderlext” klubunun məşqçilikdən azad etdiyi Vensan Kompani  növbəti xoşagəlməz aqibətlə üzləşib.

Corner.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubundan ayrıldıqdan sonra “Anderlext”də oynayan məşqçi kimi fəaliyyətə başlayan təcrübəli futbolçu, bir neçə gün əvvəl uğursuz nəticələrə görə istefa vermişdi.

Belçikalı sabiq futbolçu ötən gün “Genk”lə səfər oyununda ağır zədələnib. 33 yaşlı futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
Qeyd edək ki, Kompaninin rəhbərliyi altında ilk 4 turda cəmi 2 xal toplayan “Anderlext” dünən yeni baş məşqçisi ilə də “Genk”ə 0:1 məğlub olub.






Xəbər news