14 iyun 2025. Şənbə

Bakıda beynəlxalq futbol konfransı keçirildi


Bakıda beynəlxalq futbol konfransı keçirildi

“QOLAT Sport Service & Football Agency” tərəfindən Bakıda “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol forumu təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, tədbirin əsas mövzusu “Dəyişən Futbol Dünyası” olub. Konfransda Türkiyə, Avropa və Azərbaycandan futbol mütəxəssisləri, klub nümayəndələri, məşqçilər, futbolçular və agentlər iştirak ediblər.

Konfransın məqsədi futbol sahəsində fikir mübadiləsi aparmaq, yerli və xarici mütəxəssisləri bir araya gətirmək, əməkdaşlıqları genişləndirmək olub.

Təşkilatçı şirkətin direktoru Səid Bağırov konfransı ölkə futbolu üçün önəmli addım kimi dəyərləndirib.







Xəbər news