Mirça Rednik Buxarest Dinamo-suna baş məşqçi təyin olunub.
Corner.az Goal.az'a istinadən xəbər verir ki, 56 yaşlı məşqçi bu gün keçiriləcək mətbuat konfransında ictimaiyyətə təqdim olunacaq.
Rumıniyalı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, 2010-2011-ci ildə Xəzər Lənkəran-ı çalışdırmış Rednik 4-cü dəfədir Dinamo-ya baş məşqçi təyin olunur. O, daha əvvəl 2006-2007, 2008-2009 və 2015-2016-cı illərdə Buxarest təmsilçisini çalışdırıb.