6 dekabr 2025. Şənbə

Dadaşov debüt etdi, komandası ilk xalını qazandı


Dadaşov debüt etdi, komandası ilk xalını qazandı
Portuqaliya çempionatında 3-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Pasuş de Ferreyra” da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda səfərdə “Boavişta” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Renat da bu görüşdə meydanda olub. Əvvəlki iki turda forma şansı qazanmayan millimizin futbolçusu yeni komandasında debüt edib. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 1 xalla 18 kollektiv arasında sonuncudu.






Xəbər news