6 dekabr 2025. Şənbə

Fərid Çexiyada növbəti qollarını vurdu


Fərid Çexiyada növbəti qollarını vurdu

Gənclərdən ibarət millimizin hücumçusu Fərid Nəbiyev Çexiyada növbəti qollarını vurub.

Corner.az xəbər verir ki, “Slaviya B” komandasının şərəfini qoruyan futbolçumuz gənclər liqasında səfərdə “Domazlitse”yə qarşı görüşdə 2 qol vurub. Onun komandası isə 3:4 hesabı ilə məğlub olmaqdan qaça bilməyib.

Qeyd edək ki, bu, F.Nəbiyevin cari mövsümdə 3-cü qolu olub.Əlavə edək ki, hazırda “Slaviya B” 6 xalla 2-ci yeri tutur.







Xəbər news