14 iyun 2025. Şənbə

"Hədəf təkcə qələbə deyil, ləyaqətli təmsilçilikdir”


"Hədəf təkcə qələbə deyil, ləyaqətli təmsilçilikdir”

 

 1 iyun 2025-ci il tarixində Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Mini-Futbol Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.

 Açılış mərasimindən dərhal sonra çempionatın ilk qarşılaşması – "Loru FK" ilə "Qafan FK" arasında keçiriləcək oyun üçün komandalar meydana çıxmağa hazırlaşırlar. 

Oyun öncəsi "Loru FK"nin qapıçısı Kazımov Qəhrəman 90deqiqe.Az saytına qısa açıqlama verib:

“Qərbi Azərbaycan Kuboku bizim üçün sadəcə bir turnir deyil, həm də birliyin və idman ruhunun bayramıdır. İlk oyunumuzda Qafan FK-yə qarşı meydana çıxacağıq. Rəqib güclüdür, amma biz də bu qarşılaşmaya ciddi hazırlaşmışıq. Komandamıza inanıram və qələbə üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimizin dəstəyini arxamızda hiss etmək bizə əlavə motivasiya verir. Ümid edirəm ki, bu oyun həm maraqlı, həm də ədalətli keçəcək. Bütün komandalara uğurlar arzu edirəm!”

Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatında ümumilikdə 18 komanda iştirak edir. Komandalar 4 qrupa bölünüb. Hər qrupda gərgin və maraqlı qarşılaşmaların olacağı gözlənilir.







Qərbi Azərbaycan Kuboku