14 iyun 2025. Şənbə

“Hədəfimiz finala çıxmaq və çempionluqdur”


“Hədəfimiz finala çıxmaq və çempionluqdur”

1 iyun 2025-ci il tarixində Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Mini-Futbol Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimindən sonra çempionatın ikinci oyunu – "Loru FK" ilə "Qafan FK" arasında davam edir. 

Oyundan əvvəl "Loru FK"nin futbolçusu Novruzov Amil 90deqiqe.Az saytına qısa açıqlama verib:

“Qərbi Azərbaycan Kuboku bizim üçün sadəcə bir yarış deyil, həm də birliyin və idman ruhunun təzahürüdür. Çempionatda hər oyunda qələbə üçün mübarizə aparırıq. Komandamız ciddi hazırlaşıb və hədəfimiz ən yüksək nəticəyə nail olmaqdır. ‘Loru FK’ Loru mahalını təmsil olaraq yarışır və məqsədimiz finala çıxmaq və çempionluq qazanmaqdır. Azarkeşlərimizin dəstəyi bizə əlavə güc verir. Ümid edirəm ki, qarşıdakı oyunlar həm maraqlı, həm də ədalətli keçəcək.”

Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatında ümumilikdə 18 komanda iştirak edir. Komandalar 4 qrupa bölünüb. Hər qrupda gərgin və maraqlı qarşılaşmaların olacağı gözlənilir.

Qeyd edək ki, hal-hazırda oyun 3:2 "Loru FK"nin xeyrinədir.







Qərbi Azərbaycan Kuboku