18 iyun 2025. Çərşənbə

Futbolun İnkişaf Fondu son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb


Futbolun İnkişaf Fondu son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb

AFFA-nın təsis etdiyi Futbolun İnkişaf Fondu (FİF) 2022, 2023 və 2024-cü illəri əhatə edən maliyyə hesabatını ictimaiyyətə təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə FIF-in mətbuat xidməti məlumat yayıb.

Hesabatda fondun son üç ildə əldə etdiyi gəlirlər və çəkdiyi xərclər ətraflı şəkildə qeyd olunub.

Rəqəmlərə əsasən, 2022-ci ildə fondun gəlirləri 350 min 676 manat təşkil edib. Həmin il xərclər isə 379 min 249 manat olub. 2023-cü ildə FİF-in gəlirləri 511 min 206 manat, xərcləri isə 511 min 718 manat olub. 2024-cü ildə isə fondun büdcəsinə 449 min 12 manat daxil olduğu, xərclərin isə 471 min 809 manat təşkil etdiyi açıqlanıb.

Qeyd edək ki, Futbolun İnkişaf Fondu 2016-cı ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təsis edilib. Fondun əsas məqsədi ölkədə futbolun infrastrukturunun və kütləviliyinin inkişafına dəstək göstərməkdir.







Xəbər news

"Yuventus" Osimhenə alternativ tapıb
  • Xəbər news
  • 23:56 17.06.2025
"Yuventus" Osimhenə alternativ tapıb