6 dekabr 2025. Şənbə

İngiltərənin 145 yaşlı futbol klubu dağılır


İngiltərənin 145 yaşlı futbol klubu dağılır

İngiltərənin ən köklü futbol klublarından "Bolton" dağıla bilər.

Corner.az Sky Sports'a istinadən xəbər verir ki, hazırda 1-ci liqada çıxış edən sözügedən komanda maliyyə problemi ilə üzləşdiyi üçün fəaliyyətini dayandırmağa yaxındır.

Avqutsun 24-də klubun satışı ilə bağlı növbəti sövdələşmə baş tutmayandan sonra İngiltərə Futbol Liqası “Bolton”a bu ayın 27-dək vaxt qoyub. Çərşənbə axşamına qədər müştəri tapılmasa, Bolton şəhərinin eyni adlı təmsilçisi ləğv ediləcək.

Qeyd edək ki, 1874-cü ildə yaradılan “Bolton” son olaraq 2011/2012 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edib. Klub 4 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkuboku qazanıb.







Xəbər news