14 iyul 2025. Bazar ertəsi

“Qərbi Azərbaycan Kuboku” minifutbol turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirilib


“Qərbi Azərbaycan Kuboku” minifutbol turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirilib

İyunun 25-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan Kuboku” II mini futbol çempionatının təntənəli bağlanış və mükafatlandırma mərasimi baş tutub.

90deqiqe.Az xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, icma üzvləri və gənclər iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Final oyununda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan qarşılaşmada “Loru” və “Amasiya” komandaları üz-üzə gəlib. Gərgin keçən matç 2:2 hesabı ilə yekunlaşsa da, penaltilər seriyasında “Loru” komandası 4:3 qalib gələrək kuboku qazanıb.

Mükafatlandırma mərasimində əvvəlcə oyunun hakimləri təltif olunub, daha sonra “Ən yaxşı oyunçu”, “Ən məhsuldar oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyalarının qaliblərinə mükafatlar təqdim edilib.

Turnirin ilk üç yeri tutan “Loru”, “Amasiya” və “Böyük Qarakilsə” komandaları diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Qalib “Loru” komandasına kubok təqdim olunub.

Qeyd edək ki, turnirdə Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 18 komanda iştirak edib.

Xatırladaq ki, turnirdə Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 18 komanda iştirak edib. Bunlar “Axta”, "Allahverdi, “Amasiya”, “Basarkeçər”, “Böyük Qarakilsə”, “Barana”, “Çəmbərək”, “Qafan”, “Gorus”, “Keşişkənd”, “Karvansaray”, “Loru mahalı”, “Hamamlı”, “İrəvan”, “Paşalı”, “Vedi”, “Sərdarabad” və “Zəngibasar” komandalarıdır.







Qərbi Azərbaycan Kuboku