Fransanın “Nitsa” klubunun sahibi dəyişib.
Corner.az xəbər verir ki, Fransa təmsilçisi ingiltərəli iş adamına satılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İNEOS şirkətinin sahibi 66 yaşlı Cim Retkliffdir. Onun 24,5 milyard dollar sərvəti var.
Fransa mətbuatının iddiasına görə, İsveçrənin “Lozanna” klubunun və SKY velosiped komandasının sahibi olan Cim, “Nitsa”nın səhmləri üçün 120 milyon avro ödəyib.