6 dekabr 2025. Şənbə

Neymar PSJ-dən getsə ... - Silva


Neymar PSJ-dən getsə ... - Silva

 PSJ-nin müdafiəçisi Tyaqo Silva komandadan ayrılacağı gözlənilən Neymarla bağlı açıqlama verib.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, Neymarın klubdan ayrılmamasını istədiyini deyib:

“Neymar hər komanda üçün vacib futbolçudur. O, “Barselona” üçün də belə idi, bizim üçün də belədir. Onun komandada qalıb-qalmayacağını bilmirəm. Bu, onunla klub arasında olan məsələdir. Amma ümid edirəm ki, Neymar bizimlə qalacaq. Bu istəyimi ona da demişəm. O, bizimlə qalsa çox xoşbəxt olacağımıza inanıram. O, hələ də bizə kömək edə bilər. Neymar PSJ-dən getsə, hər şey çox çətin olacaq”.

Qeyd edək ki, Neymar üçün “Barselona” və “Real”ın  danışıqları apardığı bildirilir.







Xəbər news