16 iyul 2025. Çərşənbə

“Biz birliyimizi stadionda da göstərdik”


“Biz birliyimizi stadionda da göstərdik”

25 iyun 2025-ci il tarixində Bakı Tennis Akademiyası stadionunda Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının bağlanış mərasimi və final qarşılaşması keçirilib. Final oyunu və qapanış mərasimini xeyli sayda qərbi azərbaycanlı izləməyə gəlib.

Allahverdi rayon icmasının müavini Vida Süleymanov 90deqiqe.Az-a çempionatla bağlı fikirlərini bölüşüb:

“Artıq hiss olunur ki, biz addım-addım Qərbi Azərbaycana qayıdış konsepsiyasını genişləndiririk.Qeyd etmək istərdim ki, final maçında Loru komandası qalib gələrək kubokun sahibi, Amasiya komandası 2-ci, Böyük Qarakilsə isə 3-cü yerlərin sahibi olmuşdur. Mən qələbə münasibəti ilə bütün Qərbi Azərbaycan gənclərini təbrik edirəm.”







Qərbi Azərbaycan Kuboku