6 dekabr 2025. Şənbə

Sabiq Qalatasaray'lı həbs olundu


Sabiq Qalatasaray'lı həbs olundu

Uels yğmasının keçmiş futbolçusu Din Sonders həbs olunub.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun içkili vəziyyətdə avtomobil idarə etməsi olub.

Məsələ burasındadı ki, 55 yaşlı futbol şərhçisi polisin nəfəs yoxlamaq və analiz təqdim etmək istəyini rədd edib. Sonders daha sonra məhkəmədə günahını qəbul edib. Məhkəmə onun 10 həftə həbsinə və 30 ay sürücülük vəsiqəsindən məhrum edib.

Qeyd edək ki, 1982-2001-ci illərdə futbol oynayan Din Sonders "Liverpul" və "Qalatasaray" kimi klublarda da çıxış edib.







Xəbər news