26 mart 2026. Cümə axşamı

Dadaşov 90 dəqiqə oynadı


Dadaşov 90 dəqiqə oynadı
Portuqaliya çempionatında 4-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda öz  meydanında “Maritimo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Renat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 1 xalla 18 kollektiv arasında sonuncudu.






Xəbər news