Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Vorskla”nın qonağı olub. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin futbolçusu 34-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Aleksandriya” 6 turdan sonra 9 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.