26 mart 2026. Cümə axşamı

Prosineçkidən Beqoviçin keçidinə münasibət


Prosineçkidən Beqoviçin keçidinə münasibət

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki millinin qapıçısı Asmir Beqoviçin "Qarabağ"a keçidini şərh edib.

Corner.az  Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, millimizin sabiq çalışdırıcısı bununla bağlı deyib:

"Beqoviç yeni bir klub tapıb. Eşitdiyimə görə, "Qarabağ"a keçib. Əlbəttə, buna görə çox sevinirəm. Çünki artıq oynamaq vaxtıdır. Milli komandada  olmaq üçün oynamalısan".

Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan transfer edib.







Xəbər news