- Xəbər news
- 22:34 14.11.2024
“Gələcəkdə hansı oyunçunun əvəzetmədən meydana çıxacağını sosial şəbəkələrdə azarkeşlər müəyyənləşdirəcək”.
Corner.az-ın məlumatına görə, bunu “beIN Sports”a Arsenal klubunun sabiq baş məşqçisi Arsene Wenger bildirib.
Fransalı mütəxəssis, futbolda müasir texnologiyaların tədbiq edilməsinin əleyhinə olduğunu da qeyd edib: “Futbol bu yöndə irəliləyir. Köhnə fikirli insan olduğum üçün bu cür şeylərlə barışmaq mənim üçün çətindir. Amma hamı sosial şəbəkələrin müasir dünyadakı vacibliyini yaxşı başa düşür. Gələcəkdə baş məşqçilərin yerində robotların əyləşməsi də mümkün olacaq".
Qeyd edək ki, A.Wenger 22 il London klubu Arsenal'ı çalışdırıb