- Xəbər news
- 22:11 05.12.2025
İspaniya millisinin baş məşqçisi Robert Moreno yığmanın sabiq çalışdırıcısı Luis Enrike haqda danışıb.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Enrike üçün vəzifəsini tərk etməyə hazır olduğunu bildirib : "Əgər bir gün İspaniya millisinə qayıtmaq istəsə, vəzifəmi düşünmədən ona verə bilərəm. Çünki Enrike mənim dostumdur və dostluq hər şeydən öndə gəlir".
Qeyd edək ki, L.Enrike ailə problemlərinə görə iyun ayında İspaniya millisinin baş məşqçisi vəzifəsindən istefa verib. Onu bu vəzifədə köməkçisi R. Moreno əvəzləyib.
Xatırladaq ki, L.Enrikenin 9 yaşlı qızı Xana ötən həftə sümük xərçəngindən dünyasını dəyişib.