1 fevral 2026. Bazar günü

Qəbələnin oyununun yeri və vaxtı dəyişdirildi


Qəbələnin oyununun yeri və vaxtı dəyişdirildi

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib.

Corner.az xəbər verir ki, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi “qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq. Nikosiyadakı görüş oktyabrın 2-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Cavab qarşılaşması oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı oyun saat 14:00-da start götürəcək.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO