6 dekabr 2025. Şənbə

Eto'o karyerasını başa vurdu


Eto'o karyerasını başa vurdu

Kamerunlu futbolçu Samuel Eto’o karyerasını başa vurduğunu açıqlayıb.

Corner.az xəbər verir ki, bununla bağlı İnstagram səhifəsində paylaşım edən təcrübəli futbolçunun özü yazıb: “Bu, sondur. Qarşıda yeni çağırışlar var. Hamıya təşəkkür”.

Qeyd edək ki, Çempionlar Liqasının üçqat qalibi olan 38 yaşlı Eto’o Avropada “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor” və “Konyaspor”da oynayıb. Onun son klubu isə “Qətər” olub.







Xəbər news