- 23:48 10.11.2025
"İdmançıların Uğur Hekayələri" podkastının növbəti buraxılışı yayımlanıb.
90deqiqe.Az-ın məlumatına görə, "SportZone"un bu dəfəki qonağı Azərbaycan atletikasının parlaq simalarından biri – beynəlxalq arenalarda ölkəmizi dəfələrlə uğurla təmsil etmiş Nazim Babayevdir.
Nazim Babayev 2013-cü ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalında qızıl medal qazanıb, 2014-cü ildə II Yay Olimpiya Oyunlarında bürünc medala layiq görülüb, 2015-ci ildə isə Birinci Avropa Oyunlarında Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. O, həmçinin Universiada və İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa Salon Çempionatının qızıl medalçısıdır və 2021-ci ildə Tokio Olimpiadasında ölkəmizi uğurla təmsil edib.
Bu buraxılışda Nazim Babayev yalnız nailiyyətləri barədə deyil, həm də əzmkarlıq, motivasiya və peşəkar idmançı həyatı haqqında danışacaq.
Videonu izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: