13 may 2026. Çərşənbə

Rabyot PSJ-yə məhkəmədə qalib gəldi


Rabyot PSJ-yə məhkəmədə qalib gəldi

Yuventus'un yeni transferi Adrien Rabyot ilə sabiq komandası PSJ arasında gedən məhkəmə prosesi yekunlaşıb.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, Fransalı futbolçu parislilərə qalib gəlib.

Ötən mövsüm yeni müqaviləyə razılıq vermədiyi üçün əsas komandadan göndərilən 24 yaşlı yarımmüdafiəçinin 40 min avroluq bonusu da kəsilmişdi. Buna etiraz olaraq futbolçu klubu məhkəməyə vermişdi. Fransa Liqası Apelyasiya Komissiyası da qərarı futbolçunun xeyrinə verib.

Qeyd edək ki, Adrien Rabyot "Yuventus"a yayda azad agent kimi keçib.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı