- Xəbər news
- 21:58 14.03.2026
Başakşəhər'in futbolçusu Arda Turan İstanbul məhkəməsinin onun haqqında bu gün çıxardığı 2 il 8 ay həbs qərarına münasibət bildirib.
Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu heç bir günahının olmadığını və məhkəmənin qərarı ilə razılaşmadığını bildirib:
"Bütün bunlara son qoyulduğu üçün sevinirəm. Mən günahkar deyiləm. Mənə böhtan atıldı. Mən peşəkaram və meydanda özümü sübut edərək ailəmin təminatına çalışıram".
Qeyd edək ki, Arda Turan ötən ilin oktyabr ayının 10-da gecə klublarını birində müğənni Berkay Şahinlə dalaşıb və onun burnunu sındırıb, sonra xəstəxanada Berkaya silah çəkərək yerə atəş açıb.