- Xəbər news
- 21:58 14.03.2026
İtaliyanın “La Gazetta Dello Sport” nəşri A Seriyasında ən çox qazanan baş məşqçilərin adlarını açıqlayıb.
Corner.az xəbər verir ki, “İnter”in baş məşqçisi Antonio Konte ən yüksək maaş alan məşqçidir. 50 yaşlı mütəxəssis illik 11 milyon avro məvacib alır. İkinci sırada yer alan “Yuventus”un məşqçisi Mauritsio Sarri Kontedən iki dəfə az alır - 5,5 milyon avro.
“Napoli”nin baş məşqçisi Karlo Ançelotti isə 5 milyon avro məvaciblə 3-cü sıradadır.
1. Antonio Konte ("İnter") – 11 milyon avro
2. Mauritsio Sarri ("Yuventus") – 5,5
3. Karlo Ançelotti ("Napoli") – 5
4. Sinişa Mihayloviç ("Bolonya") – 3
5. Paulo Fonseka ("Roma") – 3
6. Canpyero Qasperini ("Atalanta") – 2,5
7. Marko Campaolo ("Milan") – 2
8. Simone İnzaqi ("Latsio") – 2
9. Eusebio Di Françesko ("Sampdoriya") – 1,8
10. Valter Matssari ("Torino") – 1,8