26 mart 2026. Cümə axşamı

UEFA yeni turnirinə bu adı verdi


UEFA yeni turnirinə bu adı verdi

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək üçüncü avrokubok turniri "Konfrans Liqası" adlandırılacaq.

Corner.az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat yayıb. Turnir 2021/2022-də başlaya biləcəyi vurğulanıb. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.

Yarışın formatının Çempionlar Liqasının formatı ilə  (32 komanda, 8 qrup) oxşar olacağı gözlənilir. Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komanda ilə qarşılaşacaq.

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.(qol)







Xəbər news