26 mart 2026. Cümə axşamı

Messi Ronaldonun təklifini qəbul etdi


Messi Ronaldonun təklifini qəbul etdi

Barselona'nın kapitanı Lionel Messi Yuventus'un hücumçusu Kriştianu Ronaldonun birgə nahar etmə təklifini qəbul edib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, argentinalı futbolçu həmkarı haqda xoş fikirlər bildirib.

O, İspaniya mətbuatına müsahibəsində portuqaliyalı ilə Monakodakı son tədbirdə çox uzun söhbət etdiyini deyib: "Hər zaman bildirdiyim kimi, Ronaldo ilə fikir ayrılığım yoxdu. Onunla birlikdə nahar etməkdə problem görmürəm. Dost olmaya bilərik, çünki paltardəyişmə otağında heç bir bir yerdə olmamışıq. Amma həmişə mükafatlandırma mərasimində yan-yana otururuq. Birgə naharın olub-olmayacağını bilmirəm. Çünki hər birimizin öz həyatı və vəzifələri var. Əlbəttə ki, dəvəti qəbul edirəm".







Xəbər news