6 dekabr 2025. Şənbə

Aleksandr Əliyev Ukrayna polisi ilə mübahisəyə görə cərimələnib


Aleksandr Əliyev Ukrayna polisi ilə mübahisəyə görə cərimələnib

Ukrayna milli komandasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev növbəti dəfə qalmaqala səbəb olub.

Corner.az "Championat" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı veteran yarımmüdafiəçinin dostları ilə birlikdə olduğu avtomobili polis saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücüdən sənədləri təqdim etməsini istəyib. Əliyev isə dostu ilə birlikdə polisə sərt reaksiya verib və onlarla mübahisə edib. 

Nəticədə onlar polis tərəfindən cərimələnib. 

Qeyd edək ki, Aleksandr Əliyev futbolçu karyerasının böyük hissəsini Ukraynanın "Dinamo" (Kiyev) komandasında keçirib. O, Rusiyanın "Lokomotiv" (Moskva) və "Anji" klublarında da formasını geyinib. Sabiq yığma üzvü hazırda həvəskar səviyyədə çıxış edir.







Xəbər news