6 dekabr 2025. Şənbə

"Məncə, Ronaldo 109-dan çox qol vuracaq"


"Məncə, Ronaldo 109-dan çox qol vuracaq"

Milli komandada ən çox qol vuran futbolçu ünvanına sahib olan İran millisinin keçmiş hücumçusu Əli Daei Portuqaliyalı futbolçu Kriştiano Ronaldo haqda danışıb.

Corner.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, o bildirib ki, 34 yaşlı hücumçu onun rekordunu yeniləyəcək: "Məncə, Ronaldo 109-dan çox qol vuracaq. O, əla futbolçudur. Bütün rekordlar yenilənmək üçün mövcüddur".

Qeyd edək ki, Ə.Daei 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir. Portuqaliyalı hücumçu isə 93 qolla bu göstəricidə ikincidir.(qol)







Xəbər news