6 dekabr 2025. Şənbə

Vengerin yeni iş yeri


Vengerin yeni iş yeri
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin yeni iş yeri müəyyənləşib.

Corner.az xəbər verir ki, 69 yaşlı mütəxəssis FİFA-da çalışacaq.O, dünya futbol qurumunun texniki direktoru təyin olunacaq. Bu təyinatın yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.
 
Venger məşqçi standartlarının yaxşılaşdırılmasına cavabdehlik daşıyacaq. O, həmçinin digər oyun elementləri ilə bağlı məsləhətlərini verəcək.
 
Bu addım Marko van Basten və Zvonimir Bobanın vəzifələrini tərk etməsindən sonra FİFA-nın təşkilata tanınmış simaları cəlb etməyə qərar verməsi ilə bağlıdı.
 
Qeyd edək ki, Venger 22 il çalışdığı “Arsenal”dan 2018-ci ildə ayrılıb.(matç)






Xəbər news