- Xəbər news
- 22:11 05.12.2025
Almaniyanın üçüncü bundesliqasında 8-ci turun oyunları keçirilir.
Corner.az-ın məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" doğma meydanda "Viktoriya" ilə üz-üzə gəlib və 2:3 hesabı ilə məğlub olub.
Rüfət start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 79-cu dəqiqədə komandasının ilk qolunun müəllifi olub. Bu, millimizin üzvünün bu mövsümdə ikinci qolu olub.
"Proyssen" - "Viktoriya - 2:3
Qollar: Vunderlix, 8 (0:1), 18 (0:2), Bunyaku, 72 (0:3), Rüfət Dadaşov, 79 (1:3) Morşel, 87 (2:3)
Qeyd edək ki, "Proyssen" hazırda 8 xalla 16-cı pillədə qərarlaşıb.