6 dekabr 2025. Şənbə

Oğlum Çelsi'də oynayır - Şevçenko


Oğlum Çelsi'də oynayır - Şevçenko

Ukrayna millisinin baş məşqçisi olan Andrey Şevçenko bildirib ki, 2006-cı ildə “Milan”dan “Çelsi”yə transferi səhv addım olmayıb.

Corner.az xəbər verir ki, vesti.ua saytına müsahibəsində o deyib ki, son 13 ili Londonda yaşayır.

“Ona görə də əgər Londonla Milan arasında seçim etməli olsam, indi İngiltərə paytaxtını seçərəm. Orada mənim ailəm yaşayır. Onlar üçün London rahatdır. İstəyirəm ki, uşaqlarım İngiltərədə məktəbə getsinlər”.

Şevçenko “Milan”dan “Çelsi”yə keçməsinin səhv olması fikrinə belə münasibət bildirib: “Qətiyyən. Mən keçmişi müzakirə etmək istəmirəm. Bu, həyatda baş verəcək proseslərdir. Necə olmalı idisə elə də oldu”.

Şevçenko ikinci oğu Kritsianın “Çelsi”nin  akademiyasında futbolla məşğul olduğunu da deyib.







Xəbər news