İran çempionatında 3-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Zobahan”la üz-üzə gəlib. Mustafa Dənizlinin yetirmələri bu oyundan xal itkisi ilə ayrılıb – 0:0.
Təbrizin elitadakı digər təmsilçisi “Maşinsazi” isə doğma meydanında “Padideh”ə məğlub olub – 0:1.
Qeyd edək ki, “Traktor” hazırda 5 xalla 16 kollektiv arasında 4-cü, “Maşinsazi” isə 3 xalla 10-cudu.