1 fevral 2026. Bazar günü

Emil yenə ən yaxşılar arasında


Emil yenə ən yaxşılar arasında

Millimizin qapıçısı Emil Balayev klubu "Tobol"un "Okjetpes"lə keçirdiyi görüşün ən yaxşıları arasında olub.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, XXVI turdakı minimal hesablı qələbənin ardından Balayev seçilən 3 futbolçudan biri olub.

Həmin qarşılaşmada bir superseyvlə yadda qalan və çərçivəyə gələn bütün topları tutan 25 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 263 xalla 3-cü yeri tutub.

Oyunda "Tobol"un ən yaxşısı yarımmüdafiəçi Jaba Kankava olub (313 xal). Müdafiəçi Vitautas Andryuşkyaviçyus isə 275 xalla 2-ci yeri tutub.

Qeyd edək ki, "Tobol" 26 turdan sonra Qazaxıstan Premyer Liqasına başçılıq edir.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO