31 yanvar 2026. Şənbə

İniyesta və Podolski oyun zamanı dava saldı - VİDEO


İniyesta və Podolski oyun zamanı dava saldı - VİDEO

Yaponiya çempionatında “Simidzu” və “Vissel Kobe” klubları arasında keçirilən (3:3) qarşılaşma kütləvi dava ilə başa çatıb. 

Corner.az  xəbər verir ki, insident “Vissel Kobe” komandasının qapıçısı Yudji Rokutanın qarşılaşmanın əsas vaxtına artırılmış 14-cü dəqiqədə hesabı bərabərləşdirməsindən sonra başlayıb.

Maraqlıdır ki, referi qarşılaşmaya cəmi dörd dəqiqə artırmışdı. 

İnsident “Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İniyesta ilə Londonun “Arsenal” klubunun eks-forvardı Lukas Podolski arasında baş verib.

Video “Fox Sports”un “Twitter” hesabında yayımlanıb.








Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO