17 dekabr 2025. Çərşənbə

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub


Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub

Bakı 2026-cı il üçün rəsmi olaraq “Dünya İdman Paytaxtı” elan edilib.

90deqiqe.Az xəbər verir ki, bu münasibətlə dekabrın 16-da dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.

Tədbirdə “Dünya İdman Paytaxtı” titulu rəsmi şəkildə Monakodan Bakıya təhvil verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın bu mötəbər ada layiq görülməsini sevindirici hadisə kimi dəyərləndirib. O bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün bölgələrində idmanın inkişafı üçün geniş imkanlar yaradılıb.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın indiyədək çoxsaylı beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini xatırladaraq, 2026-cı ildə Bakını daha maraqlı və mötəbər idman tədbirlərinin gözlədiyini vurğulayıb.

ACES-in prezidenti Can Fransisko Lupattelli isə Bakının idmanın inkişafına daim dəstək verdiyini qeyd edib. Onun sözlərinə görə, paytaxt şəhər müasir və keyfiyyətli idman infrastrukturu ilə hər zaman seçilib.

Qeyd edək ki, “İdman Paytaxtı” layihəsi Brüsseldə yerləşən ACES qeyri-kommersiya assosiasiyası tərəfindən həyata keçirilir. Təşkilat hər il müxtəlif qitələrdən olan şəhərlərə “İdman Paytaxtı” və digər idman mükafatlarını təqdim edir. Bu titullar etik prinsiplər əsasında verilir və cəmiyyətin sosial inteqrasiyası, psixofiziki rifahı və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES eyni zamanda Avropa Komissiyasının Avropa İdman Həftəsinin və UNESCO-nun tərəfdaşıdır.







Xəbər news