- Xəbər news
- 22:11 05.12.2025
Çinin U-22 millisinin baş məşqçisi Qus Hiddink istefaya göndərilib.
Corner.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, Çin Futbol Federasiyasının rəhbərliyi 72 yaşlı mütəxəssisin mətbuatla danışıq üslubunu bəyənmədiyi və millinin nəticələrindən narazı olduğu üçün bu addımı atıb. Xüsusilə, komandanın Vyetnama məğlubiyyəti istefa qərarında mühüm rol oynayıb. Onu Çinin qadın millisinin sabiq baş məşqçisi Xao Veyin əvəzləyəcəyi bildirilib.
Qeyd edək ki, hollandiyalı məşqçi ötən ilin sentyabrında yığmaya baş məşqçi təyin olunmuşdu.