- Xəbər news
- 23:30 01.01.2026
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, “Mançester Yunayted” qış transfer pəncərəsində fransalı futbolçunu heyətinə qatmağı nəzərdən keçirir.
Mançester klubu artıq 28 yaşlı futbolçunun agenti ilə də danışıqlara başlayıb. Matetanın London təmsilçisi ilə müqaviləsi 2027-ci ilədək qüvvədədir.
Jan-Filipp Mateta 2022-ci ildən “Kristal Pelas”da çıxış edir. Cari mövsümdə hücumçu bütün turnirlərdə 28 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt saytına görə, Matetanın bazar qiyməti 40 milyon avro təşkil edir.