- Xəbər news
- 22:11 05.12.2025
Mançester Siti'nin baş məşqçisi Pep Qvardiolanın həyat yoldaşı Kristina Serra üç ildir yaşadığı İngiltərədən ayrılaraq İspaniyaya qayıdıb.
Corner.az “Daily Mail” nəşrinə istinadla yazır ki, Kristinanın dönüşü Pepin hazırkı klubundan ayrılacağı ilə bağlı əlaqəli deyil. O, İspaniyaya şəxsi biznesinə görə gedib. Kristiana Kataloniyanın dəb firmalarından birinin sahibidir. Onun yaxın bir neçə ayda Barselonada yaşayacağı, sonra Mançesterə qayıdacağı bildirilir.
Qeyd edək ki, Kristina Pepin “Mançester Siti”ni çalışdırdığı 2016-cı ildən İngiltərədə yaşayırdı.
