6 dekabr 2025. Şənbə

Poqba özünə 18 minə it aldı – fanatlardan qorunmaq üçün


Poqba özünə 18 minə it aldı – fanatlardan qorunmaq üçün

Mançester Yunayted'in yarımmüdafiəçisi Pol Poqba özünə mühafizəçi-it alıb.

Corner.az xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb. Fransalı oyunçu rotveylerə görə mühafizə məqsədilə itlərin böyüdülməsi və tərbiyəsi ilə məşğul olan şirkətə 15 min funt ödəyib. Futbolçunun belə bir addım atmasına bir qrup “Manşester Yunayted”li fanatın ona aqressiv münasibəti olub. Bundan başqa, klubun bazası yaxınlığında “Pogba Out” sözləri də yazılıb.

   Qeyd edək ki, buna qədər Poqbanın komanda yoldaşları Fil Cons və Markus Raşford da sözügedən      şirkətdən it alıblar. Şirkətdən bildirilib ki, itlər sahibindən əmr almadığı müddətdə özlərini ətrafa             qarşı sakit aparırlar.







Xəbər news