28 yanvar 2026. Çərşənbə

Vidal cərimələndi


Vidal cərimələndi

Barcelonanın çilili yarımmüdafiəçisi Arturo  Vidal cərimələnib.

Corner.az Goal.az'a istinadən xəbər verir ki, Barcelonanın yarımmüdafiəçisi Bayern Münich-də oynayan zaman Münxen şəhərində gecə klublarının birində dava saldığı üçün cərimələnib.

Futbolçu gecə klubunda 3 litr həcmli şüşə qabını istirahət edənlərin birinin başında sındırıb. Zərər çəkənin başında iri çapıq yaranıb, daha sonra isə kəllə-beyin travması diaqnozu qoyulub. Vidalın məhkəməsi ötən günlərdə keçirilib və ondan 923 min dollar təzminat ödənməsi tələb olunub.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO