1 fevral 2026. Bazar günü

Rusiyaya şok cəza verilə bilər


Rusiyaya şok cəza verilə bilər

Rusiya milli komandası futbol üzrə 2022-ci il dünya çempionatından uzaqlaşdırıla bilər.

Corner.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb Rusiya Antidopinq Agentliyinin (RUSADA) fəaliyyətində nöqsanların aşkarlanmasıdır. Məlumata görə, Ümumdünya Antidopinq Agentliyi (WADA) bu yaxınlarda RUSADA-nın Moskva dopinq nümunələri laboratoriyasının məlumat bazasında uyğunsuzluqlar aşkarlayıb. Rusiya tərəfinə üç həftə müddətində bu uyğunsuzluqla əlaqədar izahat hazırlayıb WADA-ya təqdim etmək təklif olunub.

“Bizdə fakt var ki, məlumat bazasından bir sıra məlumatlar pozulub” – deyə WADA nümayəndəsi Conatan Teylor “BBC Sport”a bildirib.

Əgər Rusiya qurumun üzlüyündən kənarlaşdırılsa, cəza WADA qaydalarına uyğun olaraq, bütün idman növlərinə, o cümlədən Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatına da şamil olunacaq və komandalar həmin yarışa buraxılmayacaq.








Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO