- Xəbər news
- 15:12 27.11.2025
Ötən mövsüm Çempionlar Liqasının 1/4 finalının “Borussia Dortmund” – “Monaco” matçından öncə Dortmund klubunun avtobusu yaxınlığında törədilən partlayışda saxlanılan şəxsin cəzası bəlli olub.
Corner.az-ın qol.az-a istinadən məlumatına görə, Dortmund məhkəməsi avtobusa hücum edən rus əsilli almaniya vətəndaşı Sergey Venerqolda 14 il həbs cəzası verib.
29 yaşlı cinayətkar partlayış etməklə “Borussia” klubunun hissələrinin dəyərini aşağı salmaq və bununla da pul qazanmaq istədiyini açıqlayıb. Venerqold bildirib ki, klubun birjada dəyəri aşağı düşsə, o, yarım milyon avrodan çox gəlir əldə edəcəkmiş.
Qeyd edək ki, partlayış zamanı Almaniya klubunun futbolçusu Mark Bartranın əli yaralanmış, daha sonra əməliyyat olmuşdur.