- Xəbər news
- 20:08 06.02.2026
“Borussiya Dortmund” klubunun sol cinah müdafiəçisi Daniel Svensson karyerasını “Arsenal”da davam etdirə bilər.
90deqiqe.Az-ın "Bild"ə istinadən məlumata görə, futbolçunun xidmətində London klubu maraqlıdır.
İsveçli futbolçunun transferi uğrunda mübarizədə “topçular”a “Lids Yunayted” və Milanın “İnter” klubu da rəqib ola bilər.
Svenssonun “Arsenal”a mümkün keçidi Mayls Lyuis-Skellinin klubdakı gələcəyini sual altına qoya bilər.
“Sarı-qaralar” 23 yaşlı futbolçunu 29,9 milyon avro satmağa hazırdır.
Cari mövsümdə Svensson bütün turnirlər üzrə 30 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Svenssonun bazar dəyəri 22 milyon avro təşkil edir.