1 fevral 2026. Bazar günü

"Mançester Yunayted" son maliyyə ili üçün rekord gəlir əldə edib


"Mançester Yunayted" son maliyyə ili üçün rekord gəlir əldə edib

İngiltərənin "Mançester Yunayted" futbol klubu son maliyyə ili (2018/2019 mövsümü) üçün rekord gəlir əldə edib.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın gəliri 627 milyon funt sterlinq, xalis gəliri isə 50 milyon funt sterlinq olub. 2017/2018 mövsümündə isə gəlirlər müvafiq olaraq 590 milyon funt sterlinq və 44.1 milyon funt sterlinq təşkil edib.

Qeyd edək ki, "Mançester Yunayted" 2018/2019 mövsümündə Premyer Liqanı 6-cı sırada başa vurub, Çempionlar Liqasında isə 1/4 finala kimi irəliləyə bilib. 







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO