Dünən "France Football" jurnalı tərəfindən dünyada ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının sahibi məlum olub.
Corner.az-ın məlumatına görə, Xorvatiya millisinin və Real Madrid'in futbolçusu Luka Modric “Qızıl top” mükafatının sahibi olub. Səsvermədə Cristiano Ronaldo ( Juventus) ikinci, A.Griezmann (Atletico Madrid) üçüncü, Kylian Mbappe (PSG) dördüncü, Lionel Messi isə (Barcelona) beşinci pillədə yer alıb.Karyerasında ilk dəfə bu mükafatı qazanan L.Modric 2008-ci ildən bu yana davam edən Messi və Ronaldo hegemoniyasına da son qoyub.
Mərasimdə, ilin ən yaxşı gənc futbolçusunun da adına isə Fransa millisinin və PSG'nin hücumçusu Kylian Mbappe layiq görülüb.