18 fevral 2026. Çərşənbə

ABŞ Səfirliyi Nəriman Axundzadəni təbrik etdi


ABŞ Səfirliyi Nəriman Axundzadəni təbrik etdi

ABŞ-nin Azərbaycandakı Səfirliyi milli komandamızın üzvü Nəriman Axundzadənin  "Colombus Crew" klubuna transferini münasibətilə təbrik postu yayıb.

90deqiqe.Az xəbər verir ki, səfirliyin paylaşımında qeyd olunub:

"Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ” FK-nın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur."

Səfirlik eyni zamanda "Qarabağ" klubuna bu axşamkı Çempionlar Liqası oyununda uğurlar və inamlı qələbə arzu edib.







Xəbər news